“Gələcəyə hazır ol!” devizi ilə keçirilən forumun məqsədi daim dəyişən əmək bazarı barədə məlumatlılığı artırmaq, iştirakçıları gələcəyin peşə və bacarıqları ilə tanış etmək, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımları müzakirə etməkdir.
Forumda təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, millət vəkilləri, dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin nümayəndələri, karyera mərkəzlərinin təmsilçiləri iştirak ediblər.
Dövlət məşğulluq agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli iştirakçıları salamlayaraq forumun fəaliyyəti haqqında olan videoçarxı təqdim edib